Ulu Öndərin doğum günü münasibətilə Almaniyada idman yarışları keçiriləcək

Ulu Öndərin doğum günü münasibətilə Almaniyada idman yarışları keçiriləcək
  22 Aprel 2024    Oxunub:1081
Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq (Barleben) şəhərində Ulu Öndər Heydər Əliyevin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək.
Dövlət Komitəsindən AzVision.az -a bildirilib ki, yarışlarda 6-18 yaşlı uşaqlardan ibarət idman festivalı və Almaniyada təsis edilmiş Diaspora Boks Liqasının boksçularının iştirakı ilə müxtəlif idman növləri nümayiş olunacaq. Yarışlarda fərqlənən idmançılar medallar və hədiyyələrlə mükafatlandırılacaq.

Maqdeburq şəhərində həmyerlimiz Yaşar Niftəliyev tərəfindən təsis olunmuş, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin (WBCA-WORLD BOXING COMMITTEE H.ALIYEV), Diaspora Boks Liqasının (DBL-DIASPORA BOXING LEAGUE) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ənənəvi olaraq hər il Almaniyada Ulu Öndərin doğum günü geniş miqyasda qeyd edilir.

Yarışlarda məqsəd Ümummilli Liderin idmanla bağlı tövsiyələrinə əməl etmək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı, eləcə də digər xalqların idmançı nümayəndələri ilə əlaqələrin qurulması, üçrəngli bayrağımızın dünya arenalarında dalğalandırılması, Ulu Öndər adını daşıyan Dünya Boks Komitəsinin təsis etdiyi WBCA kəmərinin 5 nüfuzlu kəmər sırasına düşməsidir.

AzVision.az


Teqlər: Azərbaycan   Ulu-Öndər   Almaniya   idman   yarış  





Xəbər lenti