Paşinyan: "Sərhədlərin delimitasiyası üzrə proses başlayıb"

      Paşinyan:    "Sərhədlərin delimitasiyası üzrə proses başlayıb"
  22 Aprel 2024    Oxunub:1111
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə praktiki prosesin başladığını bildirib.
AzVision.az xəbər verir ki, onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, təhlükəsizlik risklərinin azaldılması üçün də vacibdir.

"Ermənistanla Azərbaycan arasında SSRİ-nin süqutu zamanı mövcud sərhədləri yenidən bərpa etmək lazımdır", - Paşinyan vurğulayıb.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinə toxunaraq, danışıqları davam etdiyini, habelə tərəflərin sülh sazişi üzərində işlədiyini diqqətə çatdırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti