İlham Əliyev: "Vladimir Putin və Heydər Əliyev ölkələrimiz arasında dostluğun əsasını qoyublar"

    İlham Əliyev:  "Vladimir Putin və Heydər Əliyev ölkələrimiz arasında dostluğun əsasını qoyublar"
  22 Aprel 2024    Oxunub:837
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, Prezidentimiz Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib:

"Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkürümü bildirirəm. Yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu".

AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   prezident   çıxış  





Xəbər lenti