Lenin Muzeyi noyabrda bağlanacaq

   Lenin Muzeyi noyabrda bağlanacaq
  23 Aprel 2024    Oxunub:552
Tampere şəhərində Vladimir Leninə həsr olunmuş muzey noyabrın 3-də fəaliyyətini dayandıracaq. Bu barədə muzeyin saytında məlumat verilir.
Bildirilir ki, qeyd olunan tarixdən sonra onun sərgiləri söküləcək. 2025-ci il fevralın 15-də həmin binada Şərqlə Əlaqələrin Yeni Muzeyi açılacaq. Bu, 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan başlayaraq, 2023-cü ildə Finlandiyanın NATO-ya üzv olması ilə bitən Finlandiyanın Şərqlə əlaqələrinin tarixini əhatə edəcək.

Qeyd edək ki, Tamperedəki Lenin Muzeyi 1946-cı ildə açılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti