Azərbaycana turist axını 40 %-ə yaxın artıb
Ötən ilin eyni dövrünə nisbətən Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan 2,4 dəfə, Qazaxıstandan 2,4 dəfə, Bəhreyndən 2,1 dəfə, Səudiyyə Ərəbistanından 2 dəfə, Qırğızıstandan 2 dəfə, İspaniyadan 1,9 dəfə, Filippindən 1,9 dəfə, İtaliyadan 1,8 dəfə, Omandan 1,7 dəfə, Tacikistandan 1,7 dəfə, Cənubi Koreyadan 1,6 dəfə, İrandan 1,6 dəfə, Türkmənistandan 1,6 dəfə, İordaniyadan 1,5 dəfə, Almaniyadan 49,5 %, Özbəkistandan 47,5 %, Küveytdən 42,4 %, Yəməndən 38,6 %, Polşadan 37,7 %, ABŞ-dan 32,1 %, Ukraynadan 26,1 %, Fransadan 25,7 %, Türkiyədən 25 %, Pakistandan 24,3 %, Rusiyadan 23,8 %, Misirdən 22,5 %, Gürcüstandan 19,3 %, Niderlanddan 17,8 %, Böyük Britaniyadan 14,2 % artıb.
Bundan başqa, son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 %-i hava, 30,9 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
AzVision.az
Teqlər: