Möcüzəvi və müalicəvi daşlar satan mağazalar şəbəkəsi Gəncədə -FOTOLAR

Möcüzəvi və müalicəvi daşlar satan mağazalar şəbəkəsi Gəncədə    -FOTOLAR
  23 Aprel 2024    Oxunub:660
20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən AQAT-Silver mağazalar şəbəkəsi yeni müasir formada Gəncə şəhərində müştərilərin xidmətində fəaliyyət göstərir.
Belə ki, müştərilərin inam və rəğbətini qazanan "AQAT-Silver" öz şəbəkəsinin genişləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirərək bu günlərdə yeni Gəncə filialını müştərilərin istifadəsinə verib.

Gəncə şəhərinin mərkəzində yerləşən "AQAT-Silver" və “Aqat Hədiyyələr” mağazalarında 500-dən çox təbii və müalicəvi daş və müxtəlif qiymətli hədiyyələr növü mövcuddur.

Mağazalar şəbəkəsinin rəhbəri Aslan Abbaszadə jurnalistlərə müsahibəsində bildirib ki, hazırda mağazada dünyanın müxtəlif ölkələrindən hər növ, geniş çeşidli təbii, müalicəvi daşlar, xanımlar və bəylər üçün kulonlar, boyunbağılar, qolbaqlar, üzüklər, breloklar, təsbehlər, suvenirlər, minerallar, ev aksessuarları və s daşlar mövcuddur. Bununla yanaşı mağazada hər bir bürcə uyğun olaraq təbii daşlar da var. Alınan bütün məhsullara 100 faiz və ömürlük zəmanət verilir. Təbii daş alan hər bir müştəriyə daşların xüsusiyyətləri və özəllikləri barədə resept təqdim edilir.

Bununla yanaşı "AQAT-Silver"ə daxil olan "AQAT Hədiyyələr" və "AQAT-Parfum" mağazalar şəbəkəsi də müştərilərə xidmət göstərir.

Aslan Abbaszadə həmçinin əlavə edib ki, Gəncə filialı həmçinin ətraf rayonlarda yaşayan vətəndaşlarımıza da xidmət göstərir. Belə ki, qərb bölgəsondə yaşayan vətəndaşlarımız sosial şəbəkə vasitəsi ilə və ya zəng etməklə istədiyi məhsulu sifariş verə bilər.

Sevdiklərinizi sevindirmək və onunlar bu möcüzəvi, müalicəvi daşlardan zövqlə hazırlanmış müxtəlif bəzək əşyalarından, suvenirlərdən hədiyyə etmək istəyirsinizsə, AQAT Silver-ə baş çəkməyiniz yetər

AQAT - gözəllik və sağlamlıqdır
Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 110, Mağaza 398 A,
Əlaqə:050 633 93 33
www.aqat.az
AzVision.az

Qalereya




Teqlər: Gəncə  





Xəbər lenti