Şəmkirdə mağaza yanıb - VİDEO

   Şəmkirdə mağaza yanıb -    VİDEO
  23 Aprel 2024    Oxunub:725
Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəi 40kv.m olan mağazanın içərisində olan mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40kv.m sahədə yanıb.

Bitişik tikilən digər ticarət obyektləri yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupununun məlumatına əsasən, mağazanı qəsdən yandırmaqda şübhəli bilinən rayon sakini, E. Məmmədov saxlanılıb.

Həmin şəxsin Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlandığı bildirilir.

AzVision.az


Teqlər: hadisə   yanğın   Şəmkir  





Xəbər lenti