Tapdığı silah-suratı polisə təhvil verməyən şəxs saxlanılıb

   Tapdığı silah-suratı polisə təhvil verməyən şəxs saxlanılıb
  23 Aprel 2024    Oxunub:670
Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək tutulub.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyev bir müddət öncə müxtəlif ünvanlardan tapdığı "AK-74" tipli avtomat, 1 ədəd içərisində 7,62 mm çaplı 30 ədəd güllə avtomat darağı, 1 ədəd həmin avtomata aid süngü-bıçaq, 250 ədəd "Toz-8" tüfənginə aid sursat və digər sursat-gilizlərinin gizlədildiyi ünvanlardan aşkarlanaraq götürülüb.

Həmiş şəxs silah-sursatı və hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.

Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   hadisə   cinayət  





Xəbər lenti