Mask Qərbdə vətəndaş müharibəsi olacağını proqnozlaşdırıb
Musk qeyd edib ki, istəsək də, istəməsək də, müharibə hər halda başlayacaq.
Bundan əvvəl Mask ABŞ-ın hazırkı rəhbərliyinin yürütdüyü miqrasiya siyasətini dəlilik adlandırmışdı.
“Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın Birləşmiş Ştatlara daxil olmasına icazə vermək ağılsızlıqdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, son üç ildə ölkəyə 7,2 milyona yaxın qanunsuz miqrant gəlib. Onların sayı isə Amerikanın 36 ştatının əhalisindən çoxdur.
Həmidə İbrahimova
AzVision.az