ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub - Fotolar

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub -    Fotolar
  24 Aprel 2024    Oxunub:774
ASAN könüllüləri tərəfindən 7 saylı Bakı "ASAN xidmət" mərkəzində “Qarabağ” mədəniyyət sərgisi baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.

Sərgi Qarabağın zəngin qeyri-maddi mədəni irs nümunələrinin geniş miqyasda təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə reallaşdırılıb.

Tədbirdə Qarabağ mətbəxinin, milli geyimlərinin, qədim zamanlardan bəri məşhurlaşan sənətlərin - xalçaçılıq, dulusçuluq, şərabçılıq, ipəkçilik, monumental-dekorativ rəngkarlıq, zərgərlik guşələrinin nümayişi baş tutub. O cümlədən ASAN könüllülərinin Qarabağ, böyük qayıdış, zəfər mövzularındakı rəsmləri və əl işləri təqdim olunub.

Müxtəlif musiqi nömrələrinin və kompozisiyaların yer aldığı sərgi rəsm əsərlərinin müəlliflərinin və guşələrdə təqdim olunan əl işlərinin mükafatlandırılması ilə yekunlaşıb.




AzVision.az


Teqlər:





Xəbər lenti