Paytaxt yollarında aparılan təmir işlərinə baxış keçirilib - FOTO/VİDEO

Paytaxt yollarında aparılan təmir işlərinə baxış keçirilib -  FOTO/VİDEO
  24 Aprel 2024    Oxunub:771
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Agentliyin digər vəzifəli şəxsləri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçiriblər.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, bu çərçivədə paytaxtın 8 Noyabr prospekti, Zığ-Hava limanı avtomobil yolunda və Əhməd Rəcəbli küçəsində əsaslı təmir işləri aparılır.

Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılan təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. Bunun üçün ərazilərə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.

AzVision.az

Qalereya




Teqlər: AAYDA   təmir   yollar  





Xəbər lenti