Bayden Ukraynaya yardımla bağlı qanunu imzaladı

   Bayden Ukraynaya yardımla bağlı qanunu imzaladı
  24 Aprel 2024    Oxunub:927
ABŞ Konqresində uzunmüddətli baxışın ardınca təsdiqlənən Ukrayna, İsrail və Tayvana hərbi yardımla bağlı qanun Prezident Co Bayden tərəfindən imzalanıb.
AzVision.az xəbər verir ki, qanun ötən gün Senatda səsvermədən keçib.

Baydenin sözlərinə görə, bu yardım ABŞ-nin tərəfdaşları üçün onların özünümüdafiəsinə əhəmiyyətli dəstəkdir.

Qanun Ukraynaya 61 milyard, İsrailə 26 milyard, Tayvan və digər Hind-Sakit okeanı müttəfiqləri üçün isə 8 milyard dollar yardımı, habelə "TikTok" platformasının ABŞ-də qadağasını, Rusiya, Çin və İrana qarşı sanksiyaları, eləcə də Ukraynanın postmüharibə dövründə bərpasına yardım naminə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutur.

AzVision.az


Teqlər: ABŞ   qanun   Ukrayna   İsrail   Tiktok  





Xəbər lenti