"Qarabağ" finala yüksəlib

   "Qarabağ" finala yüksəlib
  24 Aprel 2024    Oxunub:1069
Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.
AzVision.az xəbər verir ki, yarımfinalın cavab matçında "Qarabağ" və "Neftçi" qarşılaşıb.

Oyun Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Köhlən atlar"da qolları 16 və 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə isə Qara Qarayev avtoqol edib.

"Ağ-qaralar"ın yeganə qolunu isə 64-cü dəqiqədə Reziuan Mirzov vurub.

Beləliklə, İlk matçda rəqibini dörd cavabsız qolla üstələmiş "Qarabağ" finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.


Teqlər: idman   futbol   Azərbaycan-Kuboku  





Xəbər lenti