Dövlət Departamenti: "Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq"

      Dövlət Departamenti:    "Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq"
  24 Aprel 2024    Oxunub:1192
"ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə prosesinin başlanmasını alqışlayır".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı dilə gətirib.

"Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq iki ölkə arasında sərhədlərin delimitasiyasına başlaması xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır", - o bildirib.

AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  





Xəbər lenti