Binəqədidə qaz təchizatına fasilə veriləcək

Binəqədidə qaz təchizatına fasilə veriləcək
  24 Aprel 2024    Oxunub:774
Sabah paytaxtın Binəqədi rayonunun qaz təchizatına məhdudiyyət qoyulacaq.
"Azəriqaz" İstehsalat Birliyindən AzVision.az -a bildirilib ki, Binəqədi rayonu, Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən qaz xəttinin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar aprelin 25-də saat 10:00-dan etibarən "Binəqədi (Novxanı QRS)" qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun bir hissəsinin (Binəqədi kəndi, 1, 2, 3-cü Mədən ərazisi, Gülüstan yaşayış massivinin 1-14-cü dalanları) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   məhdudiyyət  





Xəbər lenti