Pley-off başa çatdı: Belçika da 1/4 finalda - FOTOLAR

Pley-off başa çatdı: Belçika da 1/4 finalda - FOTOLAR
  02 İyul 2014    Oxunub:1303
Braziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatında Belçika – ABŞ oyunu ilə pley-off mərhələsinə yekun vurulub.
İyulun 1-də Salvador şəhərindəki “Arena Fonte Nova”da təşkil olunmuş oyunun əsas vaxtında hesab açılmayıb.

Əlcəzairli baş hakim Camel Haimoudinin idarə etdiyi görüşün əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Matçın 93-cü dəqiqəsində Belçika millisinin futbolçusu Kevin De Bruyne hesabı açıb. Oyunun 105-ci dəqiqəsində Romelu Lukaku ikinci topu ABŞ millisinin qapısından keçirib. Üç dəqiqə sonra ABŞ futbolçusu Julian Qrin hesab arasındakı fərqi azaldıb.

Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Belçika millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

Artıq mundialın bütün dörddəbir finalçıları müəyyənləşib. Belə ki, iyulun 4-də Fransa – Almaniya, Braziliya – Kolumbiya, bir gün sonra isə Argentina - Belçika və Hollandiya – Kosta-Rika oyunları keçiriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti