"Sabah" "Xəzri"yə qalib gəlib

"Sabah" "Xəzri"yə qalib gəlib
  24 Aprel 2024    Oxunub:1045
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib.
AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Sabah" və "Xəzri" komandaları "Sərhədçi" İdman Mərkəzində qarşılaşıb.

Oyun "Sabah"ın 77:65 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran komanda mövsümü I pillədə başa vuracaq. "Xəzri" isə 31 xalla ikincidir.

Turun digər qarşılaşmaları aprelin 25-28-də baş tutacaq.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti