Cəmiyyətin böyük qismini təşkil edən radikallar ölkənin düşdüyü xaotik duruma görə günahı baş nazir Nikol Paşinyanda görürlər.
Məsələn, tanınmış hüquq müdafiəçisi Karapet Poqosyan "Mamul" saytına açıqlamasında get-gedə digər tarixi Azərbaycan torpaqlarının da ermənilərin əlindən çıxmasından gileylənib: “Dünən Gümrüdən İrəvana gedəndə sanki Ermənistanın xəritəsinin dəyişməsini hiss elədim. İrəvana gələndə hiss edirsən ki, get gedə hər şey dəyişir, sərhədlər daralır, ərazilər sanki kiçilir...
Bir gün səhər işə gedib axşam evimizə qayıdanda isə artıq məhəllə və kəndimizin yerində olmadığını görəcəyik. Evimiz də kəndlər kimi təhvil veriləcək, satılacaq. Daha bir "soyqırımı" olmaması üçün kapitulyatoru bir dəqiqə də gecikmədən kürsüdən aşağı salmaq lazımdır".
AzVision.az