Revanşistlər indi də Gürcüstana gedən yolu bağladılar - VİDEO
25 Aprel 2024
Oxunub:1116
Ermənistanda etiraz aksiyaları genişlənir.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin "Hayastan" fraksiyasının deputatı Kristina Vardanyan məluçat yayıb. O özünün Facebook səhifəsində paylaşım edərək yazıb ki, “Görünür, etirazlar nəhayət ki, Tavuş vilayətindən kənara çıxır.
Hazırda vətəndaşlar Tavuşda etiraz aksiyası keçirənlərə dəstək olaraq Şirak bölgəsinin Xoromi kəsişməsindəki İrəvan-Gümrü yolunu bağlayıblar".
Qeyd edilir ki, bu yol həm də Ermənistan-Gürcüstan dövlətlərarası yolunun alternativi sayılır.
"Nəzərinizə çatdırım ki, Kirançdakı yolun əsas hissəsi bir neçə gündür bağlanır. Deputat Mher Melkonyan vətəndaşların yanındadır”.