Erməni məmurun övladının qəbrini partlatdılar - VİDEO

Erməni məmurun övladının qəbrini partlatdılar    - VİDEO
  25 Aprel 2024    Oxunub:891
Gecə saatlartında Ermənistanın Qeqarkunik rayonunun Noratus kəndində partlayış baş verib.
Yerli medianın yaydığı məlumata görə, partlayış səsi qəbiristanlığdan gəlib.

AzVision.az xəbər verir ki, “ArmLur” saytı partlayışın təfərrüatlarını araşdırıb.

"Agentliyimizə daxil olan məlumata görə, bir nəfər Qeqarkunikin vitse-qubernatorunun 7 il əvvəl öldürülmüş oğlunun məzarı üzərinə partlayıcı yerləşdirməyə cəhd edib. Lakin bombanın quraşdırılması zamanı o partlayıb və həmin şəxs dünyasını dəyişib. Bu hadisədən bir neçə saat sonra isə Noratusdakı evlərdən birində atışma səsləri də eşidilib", - nəşr yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti