TƏBİB-i məhkəmədə udan həkim: "Ədalət hakimin əlində idi"

      TƏBİB-i məhkəmədə udan həkim:    "Ədalət hakimin əlində idi"
  25 Aprel 2024    Oxunub:1011
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.
Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı qismində tanınan Rauf Nağıyev məhkəmə qarşısında keçmiş işinə bərpa olunma və əmək haqqı tələbi qoyub. Məhkəmədə qərar elan edilib.Qərara əsasən, Rauf Nağıyevin iddiası təmin edilib.

Bununla bağlı saytımıza danışan sabiq baş həkim bildirib ki, yenidən işinə qayıtmaq istəyir.

“Ədalət hakimin əlində idi, Allah onun canını sağ etsin, doğru qərarı verdi. Qərar yazılı şəkildə mənə təqdim olunandan sonra işim barədə düşünəcəyəm. Əlbəttə, çalışdığım yerə bərpa olunmaq istəyirəm”.

Qeyd edək ki, uzun illər Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Rauf Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti