Sarkozi korrupsiyada ittiham edildi

Sarkozi korrupsiyada ittiham edildi
  02 İyul 2014    Oxunub:1245
Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı rəsmi ittiham irəli sürülüb.
AzVision.az “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Sarkozi korrupsiyada ittiham olunur.

Sarkozi rüşvət verilməsi, şəxsi məqsədlər üçün xidməti vəzifədən istifadə etmək və ticarət sirrinin pozulması faktının gizlədilməsində ittiham edilir.

Qeyd edək ki, Fransanın sabiq prezidenti Nikola Sarkozi ifadəsi alınması məqsədilə polis tərəfindən saxlanılıb.

2013-cü ilin oktyabr ayında Nikola Sarkozinin adı hallandığı qalmaqallı cinayət işi başlanılmışdı. O, “L`Oreal” şirkətinin sabiq rəhbəri Lilian Betankurun etibarından sui- istifadə etməkdə ittiham olunub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti