Deputat Tavuşda mitinq zamanı huşunu itirdi - Video

 Deputat Tavuşda mitinq zamanı huşunu itirdi -    Video
  25 Aprel 2024    Oxunub:1062
Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan deputatı Qarnik Danielyan Tavuş vilayətinin Baqrataşen şəhərində etiraz aksiyası zamanı huşunu itirib.
Bununla bağlı video deputatın sosial şəbəkəsində yayımlanıb. O, Noyemberyan xəstəxanasına yerləşdirilib və orada lazımi müayinələrdən keçirilib.
Qazaxın 4 kəndi qaytarılır


Xatırladaq ki, aprelin 19-da baş tutan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq barədə razılığa gəlib. İyulun 1-dək isə delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin tam təsdiq edilməsi başa çatdırılacaq.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti