Problemli kreditlərin məbləği 20 % azalıb

Problemli kreditlərin məbləği 20 % azalıb
  25 Aprel 2024    Oxunub:797
Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 470,8 milyon manat təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,35 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,5 % artıb, son 1 ildə isə 20,3 % azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il martın sonuna isə 2,9 % olub.

AzVision.az



Teqlər:





Xəbər lenti