Ermənilər qorxuda: “İrəvana azərbaycanlılar köçür” - VİDEO |
Müəllif iddia edib ki, əgər Birinci Qarabağ müharibəsindən öncə didərgin salınmış qaçqınların geri qaytarılması tələb olunsa, bu zaman Paşinyanın komandasının heç bir manipulyasiyası nəticə verməyəcək.
"Səlahiyyətli şəxslər insanlara "bura azərbaycanlıların torpağıdır, biz onu da qaçqınlara qaytarmalıyıq" deyib heç bir şəkildə ağıl verə bilməyəcəklər. Əgər indi Ermənistan sərhədlərinin bir millimetrindən belə imtina etməyəcəklərini deyib, sonra kəndləri Azərbaycana verirlərsə, o zaman azərbaycanlı qaçqınlar geri qayıdanda söz oyunu alınmayacaq", -məqalədə yazılıb.
"Hraparak" hakim komandanın təşviş içində olmasını da gizlətməyib. Çünki İrəvan rəhbərliyi Bakının xüsusi xidmət orqanlarının nümayəndələrini ailələri ilə birlikdə qaçqın adı altında Ermənistana göndərəcəyini də proqnozlaşdırır: "O zaman hər şey daha qarışıq olacaq. Xatırladaq ki, Azərbaycan rəhbərləri bir vaxtlar Ermənistanda yaşamış 250 minə yaxın qaçqının indi çoxaldığını və onların yeni nəslinin də Ermənistana gələ biləcəyini deyirdilər. Amma heç kim Azərbaycanda yaşamış və son zamanlar Qarabağdan çıxmış ermənilərin də geri qaytarılmasından danışmır, heç olmasa, bunu əks arqument kimi ortaya qoymur".
Tural Tağıyev
AzVision.az