Sürət yarışı keçirən sürücülərə 25 sutka həbs verildi - Video

   Sürət yarışı keçirən sürücülərə 25 sutka həbs verildi -  Video
  26 Aprel 2024    Oxunub:808
Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunub.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Astara RPŞ-nin DYP Bölməsi şəhər ərazisində yarış keçirən iki sürücünü saxlayıb.

Belə ki, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov barəsində inzibati protokol tərtib edilib.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.


AzVision.az


Teqlər:





Xəbər lenti