Xəstəxananın ətrafındakı məzarlıqdan 392 cəsəd tapıldı

Xəstəxananın ətrafındakı məzarlıqdan 392 cəsəd tapıldı
  26 Aprel 2024    Oxunub:812
Qəzza rəsmiləri bölgənin cənubundakı xəstəxanalardan birində kütləvi məzarlıq yerində axtarış əməliyyatlarını tamamladıqlarını bəyan ediblər.
Qeyd edilir ki, ümumilikdə 392 cəsəd tapılıb ki, onlardan bəzilərində cərrahi xalat və xəstəxana qolbaqları olub.

Fələstinin Qəzza zolağındakı sözçüsü Məhəmməd Əl-Miqayer cümə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, işçilər İsrail qoşunlarının bölgədən çıxarılmasından sonra Xan Yunisdəki Nasser tibb kompleksində 165 cəsədin şəxsiyyətini müəyyənləşdiriblər. O, Rəfahda keçirilən mətbuat konfransında qalan 227 cəsədin şəxsiyyətini müəyyən etmək üçün hələ də müayinələrin aparıldığını söyləyib: “Biz üç kütləvi məzarlıq tapdıq. Birincisi morqun qarşısında, ikincisi meyitxananın arxasında və üçüncüsü isə dializ xəstələri üçün olan binanın şimal hissəsində idi".

Qeyd edək ki, İsraillə HƏMAS arasında aktiv müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti