Ermənistan XİN-dən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama

   Ermənistan XİN-dən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama
  26 Aprel 2024    Oxunub:886
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Qazaxıstanda mümkün görüşü barədə məlumat tərəflər razılığa gələn kimi veriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Qazaxıstan iki ölkənin xarici işlər nazirləri arasında danışıqların öz ərazisində aparılmasını təklif edib və bununla bağlı Bakı artıq razılaşıb.

Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi vurğulayıb ki, İrəvan danışıqlar platformalarını dəstəkləyir.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. O, həmçinin danışıqlar üçün platforma təqdim etməyə və bu prosesdə vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti