Erməni kəndlilər əlində çomaq istehkamçı axtarırlar - VİDEO

Erməni kəndlilər əlində çomaq istehkamçı axtarırlar    - VİDEO
  26 Aprel 2024    Oxunub:876
Xəbər verdiyimiz kimi Ermənistanda etiraz aksiyaları keçirilir.
Əsasən Azərbaycanla sərhədə yaxın kəndlərin sakinləri delimitasiya prosesinə qarşı çıxaraq revanşist çağırışlar edirlər. Bu gün isə kəndlilərin yolu bağlamasını əks etdirən yeni görüntülər yayılıb. "Mamul" nəşrinin yaydığı məlumata görə vətəndaşlar əllərinə çomaq alaraq istehkamçıların sərhədyanı ərazilərə getməsinin qarşısını almağa çalışırlar.

Revanşistlər İrəvanda yolu bağladılar
"Yerli sakinlər minaaxtaranların fərqli geyimlərdə və cihazları ilə Kiranç kəndinə daxil olmasının qarşısını almağa çalışırlar. Onlar bu məqsədlə kəndə yön alan istənilən avtomobili yoxlayırlar", - nəşr yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti