İŞİD daha bir şəhəri tutdu
Deyr-əz-Zor vilayətində yerləşən şəhərin ələ keçirilməsi uğrunda üç gün ərzində İŞİD və “Əl-Qaidə” terror təşkilatının Suriya qolu olan “Cəbahət ən-Nusrə” arasında qanlı döyüşlər gedib. Yalnız İraqdan yardım qüvvələrinin gəlməsindən sonra İŞİD bu şəhəri ələ keçirə bilib.
Hazırda Abu-Kamaldan 100 kilomter şimalda yerləşən Şxeyl şəhəri uğrunda döyüşlər gedir. Bu şəhərdə “Cəbahət ən-Nusrə”nin bazası yerləşir.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
Teqlər: