Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

   Ərdoğanın ABŞ-a səfəri təxirə salındı
  27 Aprel 2024    Oxunub:1310
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib. Məlumata əsasən, qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə salınan səfər hər iki tərəf üçün əlverişli olacaq tarixdə reallaşacaq.

Müşavir Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam edəcəyini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti