İsraildə ərəb yeniyetmə öldürüldü

İsraildə ərəb yeniyetmə öldürüldü
  02 İyul 2014    Oxunub:884
Qüds şəhərində naməlum şəxslər fələstinli yeniyetməni qaçırıb və daha sonra öldürüb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Yeniyetmə ərəbin üç yahudi gəncin öldürülməsinə cavab olaraq qaçırıldığı bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər gənc oğlanı zorla maşına mindirərək hadisə yerindən sürətlə uzaqlaşıb. Bir neçə saat sonra qaçırılan şəxsin cəsədi şəhərin digər hissəsində tapılıb.

İsrail hərbçilərinin fikirincə, qətl qisas zəminində törədilib.

Qeyd edək ki, dini məktəbdə təhsil alan yeniyetmələr iyun ayında İordan çayının qərb sahilində oğurlanıb. İyunun 30-da İsrail uşaqların öldürülməsi barədə xəbər yayıb. Onların cəsədləri Fələstin şəhəri olan Hevron yaxınlığında aşkarlanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti