Şolts Ukrayna ilə bağlı müttəfiqlərinə çağırış etdi

Şolts Ukrayna ilə bağlı müttəfiqlərinə çağırış etdi
  27 Aprel 2024    Oxunub:1221
Almaniya kansleri Olaf Şolts ölkəsinin artıq Kiyevə 28 milyard avro hərbi yardım ayırdığını bildirib və digər ölkələri Ukraynanın hava hücumundan müdafiəsini təkmilləşdirmək üçün daha çox iş görməyə çağırıb.
O, bu barədə Berlində NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib. Şolts bəyan edib ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür:

"Mən fürsətdən istifadə edib yenidən bir çox dostlarımızdan xahiş edirəm ki, Ukraynanın hava hücumundan müdafiə sistemini dəstəkləmək üçün bu kontekstdə daha çox iş görə biləcəyimizi görmək üçün ehtiyatlarına bir daha nəzər salsınlar".

AzVision.az


Teqlər:





Xəbər lenti