Rusiyanın hərbi aerodromu belə vuruldu - VİDEO

Rusiyanın hərbi aerodromu belə vuruldu    - VİDEO
  27 Aprel 2024    Oxunub:1086
Rusiyanın Krasnodar diyarının Kuşevskaya kəndi yaxınlığında hərbi aerodroma PUA hücumları olub.
Bu barədə yerli sakinlər sosial şəbəkələrdə kadrlar paylaşıblar.

Bildirilib ki, partlayışdan sonra aerodrom ərazisində yanğın başlayıb.

Mediada hərbi aerodroma hücum nəticəsində təyyarələrin zədələndiyi barədə məlumat yayılıb. Aprelin 27-də səhər saatlarına olan məlumata görə, onların sayı və dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev hadisəyə münasibət bildirib. Onun məlumatına görə, Slavyansk, Seversk və Kuşevsk rayonlarında 10-dan çox PUA hücumunun qarşısı alınıb. Yerli hökumətdən, həmçinin bildirilib ki, Kuşevskdə mülki infrastruktura ziyan dəyməyib, xəsarət alan yoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti