Qəzzada 34 388 nəfər ölüb

Qəzzada 34 388 nəfər ölüb
  27 Aprel 2024    Oxunub:975
HƏMAS-İsrail müharibəsi başladığı gündən etibarən Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananların sayının isə 77 437 nəfərə çatdığı bildirilib.

Qeyd edilib ki, Qəzzada quru əməliyyatı zamanı ümumilikdə İsrail ordusunun 261 əsgəri həlak olub.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub.

Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ın atəşkəsi pozduğunu deyərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti