Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

   Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
  27 Aprel 2024    Oxunub:938
Türkiyənin İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə "EFES - 2024" çoxmillətli təlim keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

Təlim mayın 30-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə   təlim  





Xəbər lenti