Blinkenin Səudiyyədə sammitdə iştirakı gözlənilir

Blinkenin Səudiyyədə sammitdə iştirakı gözlənilir
  27 Aprel 2024    Oxunub:1244
ABŞ Dövlət katibi Antoni Blinken sabah Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda baş tutası Dünya İqtisadı Forumunun (DİF) açıq sammitinə qoşulacaq.
AzVision.az xəbər verir ki, bu barədə DİF-in prezidenti Börge Brende bildirib.

Sammitə həmçinin Fələstin prezidenti Mahmud Abbas, habelə Qətər, İordaniya, Misir və İraqın Baş nazirləri qoşulacaqlar.

Görüşün əsas məsələsi Qəzza zolağındakı humanitar böhran və atəşkəs danışıqlarının cari vəziyyətidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı   sammit  





Xəbər lenti