Laçın və İrpen şəhərləri qardaşlaşacaq

   Laçın və İrpen şəhərləri qardaşlaşacaq
  28 Aprel 2024    Oxunub:981
Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.
Bu barədə AZƏRTAC-a İrpen şəhər Meriyasından məlumat verilib.

“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən Laçın və İrpen şəhərlərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlərin aparıldığını təsdiqləyiblər.

AzVision.az




Teqlər:





Xəbər lenti