Paytaxtda yeni plana düşən yerlər hansı küçələrdir?

   Paytaxtda yeni plana düşən yerlər hansı küçələrdir?
  28 Aprel 2024    Oxunub:1030
Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.
“Xəzərxəbər”in məlumatına görə, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icrası ilə əlaqədar evlər plana düşüb.

Söhbət zamanı sakinlər bildiriblər ki, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanılıb.

Sakinlər deyirlər ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ onlarla danışıq aparılmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.

Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən “Sevgi Parkı”nın genişləndirilməsi nəzərdə tutulur.

Daha ətraflı videomaterialda:


AzVision.az


Teqlər:





Xəbər lenti