Yaşayış binası uçdu: Ölənlər var

Yaşayış binası uçdu: Ölənlər var
  02 İyul 2014    Oxunub:713
Hindistanın cənubunda 11 mərtəbəli yaşayış binası uçub.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Çennai şəhərində baş verən hadisə nəticəsində 43 nəfər həlak olub. Xilasedicilər uçan binanın altından 27 nəfəri xilas edə bilib. Daha iki nəfərin isə itkin düşdüyü bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Hakim dairələr hadisəyə görə məsuliyyəti tikinti firmasının daşıdığını bildiriblər. Artıq bununla bağlı 6 nəfər həbs edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti