Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI
Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb və yarasız hala salıb. Ev sahibi isə daşı oradan çıxartmaq, çəni təmir etmək istəyib və oraya düşüb. Elə hadisə də bundan sonra baş verib. Çənin içərisindən çıxa bilməyən sakinin köməyinə ilk həyat yoldaşı yetişib.
Bildirilib ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan 1986-cı il təvəllüdlü vətəndaş xilas edilib.
Ətraflı süjetdə:
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az
-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan vətəndaş 1986-cı il təvəllüdlü T.Məmmədov xilas edilib.
AzVision.az
Teqlər: