Blinken Səudiyyə Ərəbistanına səfər etdi

   Blinken Səudiyyə Ərəbistanına səfər etdi
  29 Aprel 2024    Oxunub:484
ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına gedib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, Blinken Qəzzaya çatdırılan humanitar yardımın həcminin son zamanlar artımını müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, ABŞ dövlət katibi Körfəz Əməkdaşlıq Şurasında, eləcə də Dünya İqtisadi Forumunun xüsusi sessiyasında iştirak edəcək.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti