İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu şəhərlərə xidmət göstərəcək

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu şəhərlərə xidmət göstərəcək
  29 Aprel 2024    Oxunub:762
Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təminatı, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərir.
AzVision.az xəbər verir ki, bu barədə publik hüquqi şəxsin Nizamnaməsində öz əksini tapıb.

Xidmətin nizamnamə fondu 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   su-təminatı  





Xəbər lenti