Sabah iki rayonda qaz kəsiləcək

Sabah iki rayonda qaz kəsiləcək
  29 Aprel 2024    Oxunub:1046
Sabah Sabah Yardımlı və Masallı rayonlarının bəzi ərazilərinin qaz təchizatına məhdudiyyət qoyulacaq.
"Azəriqaz" İB-dən AzVision.az -a verilən məlumata görə, Yardımlı ərazisində "Ordahal-Yardımlı" yüksəktəzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğvi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndinin, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqda bərpası nəzərdə tutulub.

Həmçinin Masallı ərazisində "Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar, Kolatan kəndlərinin, ümumilikdə 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

AzVision.az


Teqlər: qaz   məhdudiyyət  





Xəbər lenti