"Araz-Naxçıvan" "Zirə"yə qalib gəlib

"Araz-Naxçıvan" "Zirə"yə qalib gəlib
  29 Aprel 2024    Oxunub:1518
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları Zirə Olimpiya İdman Kompleksində üz-üzə gəlib.

Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.

Beləliklə, "Zirə" 49 xalla turnir cədvəlində IV pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla VIII yerə yüksəlib.

Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

AzVision.az


Teqlər: idman   futbol   Preymer-Liqa  





Xəbər lenti