Qazaxıstanda evakuasiya edilmiş 40 min insan öz evinə qayıdıb
Nazirliyin sözçüsü Askar Şaripin açıqlamasına görə “6552 nəfər isə hələlik təxliyyə mərkəzlərində qalır".
Şarip Qazaxıstanın rayonlarında 7089 fərdi yaşayış binasına və 2834 həyətyanı sahəyə dolmuş suyun artıq çəkildiyini açıqlayıb. Qazaxıstan rəsmisi onu da qeyd edib ki, qəza-xilasetmə və daşqınlara qarşı mübarizə işlərinə 17 mindən çox insan və 2 minə yaxın texnika, 291 su nasosu avadanlığı və 203 üzgüçülük avadanlıqları, 7 təyyarə cəlb olunub.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qazaxıstan