Koçaryanın deputatlarının Azərbaycan əleyhinə olan layihəsi rədd edildi

 Koçaryanın deputatlarının Azərbaycan əleyhinə olan layihəsi rədd edildi
  30 Aprel 2024    Oxunub:821
Ermənistan parlamenti hərbi cani Robert Koçaryanın “Hayastan” fraksiyasının təqdim etdiyi "Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Milli Assambleyanın bəyanatı" layihəsini rədd edib.
AzVision.az Sputnik Armeniyaya istinadən xəbər verir ki, sənəddə Bakıya təzyiqlər və daimi təhdidlər fonunda indi deyil, yalnız etimad mühiti formalaşandan sonra delimitasiya və demarkasiyanın zəruriliyindən söz açılıb.

“Hayastan” fraksiyasının deputatı Artur Xaçatryanın iddia edib ki, hakimiyyət “pilot delimitasiyası” çərçivəsində "Ermənistan ərazisini" hissə-hissə Azərbaycana verir. O sərsəmləyərək qeyd edib ki, proses heç bir hüquqi əsas olmadan Şurnuxda başlanıb, burada evlərin və torpaqların mülkiyyət şəhadətnaməsi olsa da bu, kəndin bir hissəsinin Azərbaycana verilməsinə mane olmayıb.

Koçaryanın deputatı hazırda davam edən proseslərə qarşı çıxaraq faktiki demarkasiya, sərhəd dirəklərinin quraşdırılmasını qanunsuzluq adlandırıb.

Öz növbəsində hakim “Mülki müqavilə” fraksiyasının deputatı Mariya Karapetyan revanşistlərə cavab olaraq bəyan edib ki, “Ermənistanın 1 millimetr ərazisi belə heç kimə verilmir”. İndiki proses isə sadəcə Ermənistan-Azərbaycan sərhədinin təkrar müəyyənləşdirilməsi prosesidir və onun əsasında dirəklər quraşdırıla bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti