Karlson: "Duqinin ideyaları o qədər təhlükəli sayılır ki..."

Karlson:    "Duqinin ideyaları o qədər təhlükəli sayılır ki..."
  30 Aprel 2024    Oxunub:1132
Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış rusiyalı filosof Aleksandr Duqin jurnalist Taker Karlsona müsahibə verib.
Bu barədə amerikalı jurnalist məlumat yayıb. Müsahibənin videoyazısı Karlsonun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb. Müsahibənin təxminən 20 dəqiqə davam etdiyi bildirilir. Karlson deyib ki, çəkiliş Moskvada qeydə alınıb. Lakin müsahibənin dəqiq nə vaxt reallaşdığı açıqlamayıb.

“Qatillərin hədəfi mən yox, qızım idi” - Duqin
Duqini tamaşaçılarına təqdim edən jurnalist onu Rusiyanın ən məşhur siyasi filosofu adlandırıb.

"Onun ideyaları o qədər təhlükəli sayılır ki, Ukrayna hökuməti Duqinin qızını öldürdü. Onun kitabları ABŞ-də Bayden administrasiyası tərəfindən qadağan edilib. "Amazon" isə Duqinin kitablarını satmır", - Karlson bildirib.

Müsahibə zamanı Duqin və Karlson liberalizm ideyalarını və Qərbin Rusiyaya münasibətini müzakirə ediblər.

Duqin anqlo-saks dünyasının individualizmini də müzakirə edib. Onun fikrincə, fərdiyyətçilik insan təbiətini düzgün dərk etməməkdən yaranıb.

O həmçinin vurğulayıb ki, Qərbdə rusofobiya sadəcə təsadüf hal, hansısa irrasional dəyişiklik deyil. Onun fikrincə, rusofobiyanın əsasında Rusiyanın Qərbin məhv etməyə çalışdığı ənənəvi dəyərləri müdafiə etməsi dayanır.

Xatırladaq ki, Karlsonun bir müddət öncə Rusiya prezidenti Vladimir Putindən aldığı müsahibə dünya mediasında maraqla qarşılanmışdı.

AzVision.az



Teqlər:   Muüsahibə  





Xəbər lenti