Xidməti pasport alma hüququ olan şəxslərin siyahısı genişləndirilib
Fərmana əsasən. Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxslərinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşlarına, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxslərinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin tabeliyindəki orqanların rəhbərləri və onların müavinləri, tabeliyindəki orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinlərinə xidməti pasport veriləcək.
AzVision.az