Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq götürülüb.
"Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək", - o bildirib.
AzVision.az